Kişi voleybolçu qızı döydü
Türkiyədə voleybolçu qız döyülüb. Siasport.az saytı xəbər verir ki, "Beşiktaş"ın qadın voleybol klubunun əvəzedici komandasının 19 yaşlı oyunçusu Nurcan İbrahimoğlu məşqdən sonra avtobusla evinə gedərkən hücusma məruz qalıb.
Əynində basketbolçuların geyindiyi bir şort olan gənc qız ayaqlarını oturacağın önündəki boşluğa uzadıb. Bu zaman avtobusun kişi sərnişinlərindən biri Nurcan İbrahimoğlu yanından keçərkən əvvəlcə ayaqlarına vurub, sonra da çox sayda boş oturacaq olmasına rəğmən onun yanında oturub. Ayağına vuran adamdan üzr istəməsini tələb edən voleybolçu aldığı cavabdan şoka düşüb. Gənc qızdan üzr istəməyən kişi sərnişin "Avtobusda çıplaq ayaqlarını uzadaraq oturmusan. Tərbiyəsiz",- deyib.
Nə baş verdiyini anlamayan Nurcan İbrahimoğlu "Əsil tərbiyəsiz sənsən" deyib. Bu sözdən hirslənən sərnişin gənc qıza yumruq vurub. Dodağı partlayan voleybolçunu hücum edən kişinin əlindən digər sərnişinlər alıb.
Nurcan İbrahimoğlu olayın səhəri polis şöbəsinə müraciət edib. Lakin onunla heç kim maraqlanmayıb. Ardınca tibbi müayinədən keçən voleybolçu dodağındakı yaraya rəğmən həkim rəyi ala bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə