“Baku Open - 2011” beynəlxalq turniri davam edir

“Baku Open - 2011” beynəlxalq turniri davam edir

Novxanıda "AF HOTEL" istirahət mərkəzində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş "Bakı Open-2011" beynəlxalq şahmat turnirinin iki turu artıq geridə qalıb. Siasport.az saytı xəbər verir ki, iki turdan sonra Anar Allahverdiyev, Eltac Səfərli (Azərbaycan), Aleksey Dreyev, Yevgeni Romanov, Dmitri Andreykin, Sergey Volkov (Rusiya), Emil Sutovski (İsrail), İvan Çeparinov (Bolqarıstan), Fransisko Valyexo Pons (İspaniya), Mixeil Mçedlişvili (Gürcüstan), Lazara Bruzon Batista (Kuba) və Sergey Jiqalko (Belarus) hərəyə 2 xal toplayıblar.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Ülvi Bacarani, Sərxan Quliyev, Sənan Dövlətov, Rauf Məmmədov və İdris Təbrizovun hər birinin aktivində 1,5 xal var.
Püşkatmanın nəticələrinə görə, üçüncü turda Anar Allahverdiyev – Sergey Jiqalko, İvan Çeparinov–Fransisko Valyexo Pons, Yevgeni Romanov–Aleksey Dreyev, Emil Sutovski–Mixeil Mçedlişvili, Eltac Səfərli–Dmitri Andreykin, Sergey Volkov–Lazara Bruzon Batista görüşləri keçiriləcək.
Xatırladaq ki, açıq turnir İsveçrə sistemi ilə 9 turda keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə