Nəhayət İngiltərənin "Arsenal" futbol klubu İstanbulun "Qalatasaray" futbol klubunun Emmanuel Eboueni transfer etmək üçün təklif etdiyi maliyyə məbləğini qəbul edib. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın baş məşçisi Fatih Terimin israrla heyətdə görmək istədiyi futbolçu yaxın günlərdə İstanbulda görünə bilər.
İngiltərə mətbuatı xəbər verir ki, artıq tərəflər transfer ödəməsinin 4,5 milyon avroda reallaşmasını razılaşdırıblar. İngilis mətbuatının yazdığına görə, "Arsenal"ın E.Ebouenin transferi üçün 8 milyon avrodan 4,5 milyon avroya qədər İstanbul klubuna güzəşt etməsinin bir sıra səbəbləri var. Bu daha çox, "topçular"ın bütün mövsümü ehtiyat oyunçular skamyasında əyələşən və baş məşqçi Arsen Vengerin "qara siyahısında" olan futbolçuları tez-tələsik "əldən çıxararaq" güclü transferlərə başlamaq istəyi ilə bağlıdır. Belə ki, A.Venger də klub rəhbərliyi ilə görüşündə heyətdə görmək istəmədiyi futbolçularla tez bir zamanda yolları ayıraraq güclü transferlərin reallaşdırılmasının sob dərəxədə vacib olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB