Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start veriləcək

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start veriləcək

Avqust ayının 12-də kişilər və qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatı start götürəcək. Siasport.az saytı xəbər verir ki, çempionatın baş sponsoru "Bank Respublika"dır. Çempionatın yüksək səviyyədə keçirilməsi üçün təşkilatə dəstəyi "Alpari" şirkəti göstərir. Hər zaman olduğu kimi yarışlar "Kresent Beach" çimərliyində keçiriləcək. Xatırladaq ki, artıq neçə ildir yay mövsümündə paytaxtımızda çimərlik voleybolu sevənlər üçün respublika birinciliyi və Azərbaycan çempionatı keçirilir.

Qeyd edək ki, çempion komandalar diplomlarla, baş sponsor tərəfindən isə qiymətli hədiyyələr və pul mükafatı ilə təltif olunacaqlar. Mükafatlandırma mərasimi avqust ayının 14-də keçirləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə