"PSJ Marsel" 22 yaşlı argentinalı futbolçunu 43 milyon avroya transfer etdi!
Fransanın "PSJ" Marsel futbol klubu bütün Avropaya səs salan böyük bir traansfer həyata keçirib. Siasport.az saytı xəbər verir ki, Paris şəhərinin təmsilçisi, İtaliyanın "Palermo" futbol klubunda forma geyən 22 yaşlı Javier Pastoreyi rekord qiymətə,- 43 milyon avroya heyətinə qatıb. "PSJ Marsel" ilə 5 illik müqaviləyə imza atacaq aargentinalı futbolçunun Fransa təmsilçisindən ildə 4 milyon avro pul alacağı da məlumdur. Fransa klubunun rəsmi saytının bu transferlə bağlı yaydığı açıqlamada, argentinalı gənc futbolçunun yeni mövsümdə "PSJ Marsel" üçün önəmli bir futbolçu olacağına və komandanın qələbələri üçün var qüvvəsi ilə çalışacağına inam ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB