Con Terri Fernando Torresin müdafiəsinə qalxdı!

Con Terri Fernando Torresin müdafiəsinə qalxdı!
İngiltərinin "Çelsi" futbol klubunun kapitanı Con Terri, komanda yoldaşı olan ispaniyalı futbol ulduzu Fernando Torresin müdafiəsinə qalxıb. Siasport.az saytı xəbər verir ki. C.Terri, F.Torresin "zadəganlar"ın sabiq futbolçusu olan ukraynalı Andrey Şevçenko ilə müqayisə olunmasına qarşı çıxıb. O, "Liverpul"un keçmiş futbolçusu olan ispaniyalının qələbəyə ac bir futbolçu olduğunu deməklə yanaşı, bu mövsümdə F.Torresin öz məqsədinə çatacağına da əmin olduğunu diqqətə çatdırıb:
"Bu müqayisə heç də düzgün deyil. Torresi Şevçenko ilə qarışdırmayın. Son dünya çempionatında zədələnməsi onun oyununa mənfi təsir göstərdi. Bununla belə, Torres qələbəyə ac bir futbolçudur. O da, bizim kimi Premyer Liqanı qazanmaq istəyir. Torres bunu "Liverpul"da bacara bilməzdi. Ona görə də, "Çelsi"yə gəlib. İnanıram ki, Torres yeni mövsümdə tam fərqli çıxış edəcək."-deyə C.Terri fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə