Xumar Qədimova: \"Braziliya ilə Azərbaycan milliləri qarşılaşarsa, mən braziliyalılara azarkeşlik edərəm\"-AÇIQLAMA

Xumar Qədimova: \"Braziliya ilə Azərbaycan milliləri qarşılaşarsa, mən braziliyalılara azarkeşlik edərəm\"-AÇIQLAMA

Populyar müğənni Xumar Qədimova növbəti dəfə futbola böyük marağından danışıb. Siasport.az saytı xəbər verir ki, müğənni müsahibəsində bildirib. Onda futbola sevgini mərhum atasının yaratdığını deyən ifaçının sözlərinə görə, hətta o, bir futbolçuya da vurulubmuş.
\"O, Cənubi Koreyanın oyunçusu idi. Adı An Yun Hvan idi. 2002-ci ilin dünya çempionatına baxarkən ona dəli kimi vurulmuşdum\", - deyə Xumar Qədimova bildirib. O, bu futbolçunun \"rəqib\"lərinin də adlarını çəkib:

\"Ştefan Effenberq və Oliver Kann. Möhtəşəm xarizmaya malik kişilərdi. Hələ fransızlar haqda danışmıram. Bircə Lizarazyu nəyə desən, dəyər. Siz onun adına qulaq asın: Li-za-ra-zyu. Anri və italiyalı Viyerini də çox bəyənirəm\".

Yerli futbolla maraqlanmayan müğənni deyib: \"Bizdə futbol və ya futbolçu var? Futboldan danışarkən mənim gözümün önündə Pele, Rivaldo, Ronaldo, Roberto Karlos, Ronaldinyo kimi futbolçular canlanırlar. Onlar həm cazibədar görünür, həm də əla oynayırdılar! Hətta, bir dəfə Braziliya millisinin oyunu olduğu üçün həmin gün toydan imtina etəmişəm. Hətta, Braziliya ilə Azərbaycan milliləri qarşılaşarsa, mən braziliyalılara azarkeşlik edərəm. Azərbaycan mənim vətənim, ürəyimdir. Amma futbolda mənim üçün bir nömrəli Braziliyadır\". //day.az

Bütün xəbərlər Facebook səhifəmizdə