"Qalatasaray" yenidən "Avropa fatehi" yolunda!

"Qalatasaray" yenidən "Avropa fatehi" yolunda!
İstanbulun "Qalatasaray" futbol klubu, Fatih Terimin baş məşqçi postuna gəlməsi ilə yenidən "Avropa fatehi" adını geri qaytarmağa çalışır. Siasport.az saytı xəbər verir ki, dünən Almaniyadakı hazırlıq prosesi çərçivəsində İtaliyanın "İnter" futbol klubu ilə yoldaşlıq oyunu keçirən "cim bom", rəqibi ilə başa-baş mübarizə apararaq yeni mövsümdə hər kəsin tam yeni bir "Qalatasaray"ın şahidi olacağını da ortaya qoymuş oldu.
Rəqibin dünya səviyyəli ulduz futbolçularını bütün cinahlarda "bağlayan" F.Terimin yetirmələri, İtaliya nəhənginə güc nümayiş etdiriblər. Almaniyadakı qarşılaşmada əsl "Qalatasaray" ruhu meydanda aydınca görünüb. Belə ki, italyan klubuna topla sərbəst davranmağa imkan verməyən "cim bom", artıq yeni oyun sistemi ilə meydana çıxdığını da isbatlamış olub. "İmperator" da açıqlamasında hazırkı heyətin oyun praktikasından razı qaldığını deyərək, bununla yanaşı bəzi cinahlara yeni transferlərin ehtiyac olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə