\"Fənərbaxça\" azarkeşlərinə məğlub oldu!

\"Fənərbaxça\" azarkeşlərinə məğlub oldu!

\"Fənərbaxça\"-\"Şaxtyor\" oyunu yarımçıq başa çatdı. Siasport.az saytının xəbərinə görə, "Şükrü Saraçoğlu" stadionunda baş tutan oyunda hakim matçı iki dəfə saxlamaq məcburiyyətində qalıb. Belə ki, öncə oyunun 58-ci dəqiqəsində üzərində hazırda həbs olunmuş klub prezidenti Əziz Yıldırımın şəkli olan köynək geyinmiş iki azarkeş meydana daxil olub. Lakin həmin azarkeşlər meydandan çıxarılıb. Lakin matçın 67-ci dəqiqəsində oyunun referisi Fırat Aydınus matçı saxlamaq məcburiyyətində qalıb. Çünki azarkeşlər toplu halda meydana daxil olmağa başlayıblar. Qəzəbli fənərlilər hətta media nümayəndələrinə də çəkiliş aparmağa da mane olublar. Hətta "Fənərbaxça"nın vitse-prezidenti Əli Koç da azarkeşləri sakitləşdirmək üçün sözün həqiqi mənasında əlindən gələni edib, amma nə o, nə də başqaları buna nail ola biliblər.


Bütün xəbərlər Facebook səhifəmizdə