Əziz Yıldırımın 2 ay öncə evləndiyi xanımı "Metris" həbsxanasında göründü!

Əziz Yıldırımın 2 ay öncə evləndiyi xanımı "Metris" həbsxanasında göründü!

Artıq 10 gündür ki, Türkiyə Superliqasında futbol oyunlarının qanunsuz alqı-satqısı üzrə keçirilən əməliyyat zamanı təqsirli bilinərək həbs olunaraq hazırda "Metris" həbsxanasında cəzasını çəkən "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırımı ziyarət edənlərin sayı gündən-günə çoxalır. Siasport.az saytı xəbər verir ki. Türkiyənin futbol ictimaiyyətinin və siyasi dairələrinin ən müxtəlif nümayəndələri tərəfindən ziyarət olunan 59 yaşlı "Fənərbaxça" prezidentinə, dünən 2 ay öncə evləndiyi xanımı 38 yaşlı Qönçə Yıldırım da baş çəkib. Türkiyə mətbuatı yazır ki, Ə.Yıldırımın xanımı ilə görüşü sadəcə yarım saat çəkib. Q.Yıldırımın əlində isə onların evli olduqlarını təsdiq edən sənəd olub.

Bütün xəbərlər Facebook səhifəmizdə