Premyer Liqa iştirakçılarından daha bir yeni mövsümdə çempionata qatılmaqdan imtina edib. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, Salyanın "Muğan" klubu yeni mövsümdə Premyer Liqada çıxış etməməklə bağlı qərar qəbul edib. "Muğan" rəhbərliyinin artıq bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət etdiyi deyilir.
Əslində "Muğan"ın Premyer Liqadan imtina edəcəyi çoxdan dəqiq idi. Ötən mövsümü 8-ci pillədə başa vuran, sərgilədiyi oyunla diqqətləri çəkən Salyan klubu mövsüm başa çatan kimi baş məşqçisi və əsas futbolçularını "Rəvan"a "transfer etmişdi". Hər iki kluba himayədarlıq edən "Nurgün" şirkətinin "Muğan"dan imtina edəcəyi həmin vaxtdan məlum idi. Lakin klub rəhbərliyi bu günə qədər deyilənləri təkzib edir. Nəhayət "Muğan"ın "Rəvan"a qurban verilməsi rəsmiləşdi, Daha bir bölgə futbolsuz qaldı. Əvəzində Premyer Liqada Bakının hökmranlığı daha da möhkəmləndi.
"Muğan"ı kimin əvəzləyəcəyi də çoxdan bəllidi. 2011-2012 mövsümünü 11-ci pillədə başa vurub I diviziona yuvarlanan "Simurq" yenə elitada çıxış edəcək. Yeni prezident və baş məşqçisinə qovuşan Zaqatala klubu artıq Premyer Liqa hazırlıqlarına başlayıb.
Qeyd edək ki, bundan əvvəl "Abşeron" Premyer Liqada çıxış etməkdən imtina etmişdi. Fəaliyyətinə son qoyulan I divizionun qalibini yeni mövsümdə "Sumqayıt" əvəzləyəcək.
Beləliklə, iyulun 22-də püşkü atılacaq 2011-2012 mövsümündə Premyer Liqada bu klublar iştirak edəcək: "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Simurq", "Rəvan", "Sumqayıt".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB