Fatih Terimin israrla istədiyi Kambyasso \"Qalatasaray\"a \"hə\" dedi!

Fatih Terimin israrla istədiyi Kambyasso \"Qalatasaray\"a \"hə\" dedi!

İstanbulun \"Qalatasaray\" futbol klubu nəhayət ki, istədiyi futbolçunu transfer etməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, \"cim bom\"un baş məşqçisi Fateh Terimin israrla heyətdə görmək istədiyi İtaliyanın \"İnter\" futbol klubunun argentinalı ulduz futbolçusu Esteban Kambyasso \"Qalatasaray\"a gedəcəyini açıqlayıb. Amerika Kuboku ugrunda mübarizədə hazırda Argentina milli komandasının heyətində oynayan məşhur futbolçu, Argentinanın \"Ole\" qəzetinə verdiyi açıqlamada diqqətə çatdırıb ki, Amerika Koboku ugrundakı turnir başa çatandan sonra o müqavilə bağlamaq üçün birbaşa İstanbula gələcək. \"Ole\" qəzeti yazır ki, \"Qalatasaray\" E.Kambyasso üçün \"İnter\"ə 10 milyon avro ödəməli olacaq. Futbolçunun özünə isə \"cim bom\"un çox böyük məbləğ təklif etdiyi bildirilir. Argentina qəzeti yazır ki, İstanbul klubunun təklif etdiyi məbləğ, 31 yaşlı futbolçu üçün çox cəzbedicidir.

Bütün xəbərlər Facebook səhifəmizdə