\"Qalatasaray\" Almaniyada hansı İtaliya klubu ilə qarşılaşacaq?

\"Qalatasaray\" Almaniyada hansı İtaliya klubu ilə qarşılaşacaq?
İstanbulun \"Qalatasaray\" futbol klubu yeni mövsümün hazırlıqları çərçivəsində iyulun 18-də Almaniyaya yollanacaq. Siasport.az saytı xəbər verir ki, təlim məşq toplanışının birinci mərhələsini Avstriyada başa vuraraq iki gün öncə vətənə dönən \"cim bom\", sabahdan İstanbuldakı qısa hazırlıqlara başlayacaq. Artıq \"Qalatasaray\"ın baş məşqçisi Fatih Terimin Almaniyaya yollanacaq futbolçu heyətini müəyyənləşdirdiyi də məlum olub. \"İmperator\", Avstriyadan dönəndən sonra heyətdə görmək istəmədiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edəndən sonra artıq heyəti tam komplektləşdirib. Xatırladaq ki, \"Qalatasaray\"ın Almaniyada iyulun 24-də İtaliyanın \"İnter\" futbol klubu ilə yoldaşlıq oyunu keçirəcəyi də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə