Londonun "Çelsi" komandası yeni baş məşqçi Andre Villaş-Boaşın rəhbərliyi ilə ilk dəfə qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, "zadəganlar" özlərinin Kobhemdəki məşq bazasında "Uikomb" klubunu 3:0 hesabı ilə darmadağın ediblər. Qarşıdakı mövsümdə "Uikomb" İngiltərə çempionatının üçüncü güclü divizionunda çıxış edəcək. Vurulan qolların müəllifləri isə Yossi Benayun, Fernando Torres, habelə keçən mövsümdə Hollandiyanın "Vitess" komandasında icarə hüququ ilə çıxış etmiş 22 yaşlı Slobodan Raykoviçdir. "Çelsi" növbəti yoxlama oyununu iyulun 16-da "Portsmut"a qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB