İstanbulun "Qalatasaray" futbol klubu əzəli rəqibi olan "Fənərbaxça"ya dayaq durmaq üçün yeni bir plan üzərində baş sındırır. Siasport.az saytı xəbər verir ki, artıq bu xəbər bütün Türkiyə futbolunun və ictimaiyyətinin gündəmində başlıca xəbər kimi yer alıb. Məsələ burasındadır ki, Türkiyə mətbuatı, konkret desək bu ölkənin aparıcı və nüfuzlu qəzetlərindən sayılan"Miliyyet" qəzeti yazır ki, "Qalatasaray" futbol klubunun idarə heyətində aparıcı rəhbər şəxslər tərəfindən klubun prezidenti Ünal Aysala belə bir təklif göndərilib ki, əgər "Fənərbaxça"nın oyun alqı-satqıları ilə bağlı iştirakı təsdiq olunsa və bu klub 1-ci liqaya göndərilsə, o zaman "Qalatasaray" "Fənərbaxça"nın dağılmaması üçün bu klubun ulduz futbolçularını 1 illik müqavilə ilə öz heyətinə qatsın. "Fənərbaxça" gələn il yenidən superliqaya qayıdarsa, o zaman öz futbolçularını yenidən heyətinə cəlb edə bilər. "Qalatasaray" rəhbərliyi bununla, eyni zamanda klubun tamamilə dağılmasının qarşısını almış olacağını düşünür. Amma çətin ki, "Qalatasaray"ın bu təklifi "Fənərbaxça"nı razı salsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB