Maria Stadnik: "Ötən il bu vaxt doğum evində idim"-AÇIQLAMA

Maria Stadnik: "Ötən il bu vaxt doğum evində idim"-AÇIQLAMA

"Bu il nəhayət ki, "Qran pri" turnirində çıxış edəcəm. Ötən il bu vaxt doğum evində idim". Siasport.az saytı xəbər verir ki, bu sözləri qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Maria Stadnik deyib. O, qarşıdan gələn yarışa proqnoz vermək istəməyib: "Bu yarışdır, hər şeyi döşək göstərəcək. Azərbaycan idmançıları yarışa yaxşı hazırlaşırlar. Qarşıda bizi lisenziya xarakterli yarışlar, dünya çempionatı gözləyir. Buna görə daha da əzmlə çalışırıq".

Stadnik məşqlərdə yapon güləşçisini seçməsini belə izah edib: "Mən Avropa idmançıları ilə tanışam, onların güləşinə bələdəm. Bu gün özüm yapon rəqiblə məşq etməyi seçdim. Yapon güləşini hiss etmək istədim. Düşünürəm ki, "Qran Pri" turnirində ən azı 3 medal qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə