İtaliyanın "İnter" futbol klubu Fransanın "Lyon" futbol klubunun 21 yaşlı futbolçusuna "elçi" düşüb. Siasport.az saytı xəbər verir ki, İstanbulu "Qalatasaray" futbol klubunun da diqqət mərkəzində olan Miralem Pijaniç futbol həyatını İtaliya A Seriyaslnda davam etdirə bilər. Öz texnikalı oyunu və sürətli futbolu ilə seçilən M.Pijaniçin xidmətində digər bir italyan klubu olan "Latsio" da maraqlı idi. Lakin Milan şəhərinin təmsilçisi həm futbolçunun özünə, həm də fransız klubuna sərfəli təkliflə müraciət edib ki, bu da bu transferin uğurla reallaşacağına dəlalət edir. Artıq İtaliya mətbuatı "İnter"in futbolçunun transfer üçün hərəkətə keçdiyini yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB