Futbol üzrə UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də keçiriləcək "Qarabağ" (Ağdam)–"Banqa" (Litva) klublarının oyununu idarə edəcək hakimlər müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, oyunun baş hakimi ukraynalı Yuri Mojarovski, onun köməkçiləri həmyerliləri Aleksandr Voytyuk və Mikola Levko olacaqdır. Qarşılaşmanın dördüncü hakimi Vitali Romanov, hakim-inspektoru Jozef Marko (Slovakiya) və UEFA nümayəndəsi isə Mehmet Süheyl Önendir (Türkiyə).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB