Ukrayna paytaxtı Kiyevdə "Obolon" turnirində çıxışını davam etdirən "Qəbələ"nin U-13 komandası qrup mərhələsini uğurla yekunlaşdırıb. Siasport.az saytı xəbər verir ki, qrupun 3-cü-sonuncu oyununda Kiyev "Smena"sı ilə qarşılaşan təmsilçimiz Amin Seydiyev və Turan Manafovun qolları ilə iddialı rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Qəbələ" 7 xalla qrupu lider kimi tamamlayıb. Təmsilçimizin yarımfinaldakı rəqibi "Zvezda" (Kiyev) kollektivi olacaq. Matç sabah Bakı vaxtı ilə 13:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB