Frank Raykaard futbol üzrə Səudiyyə Ərəbistanının milli komandasını çalışdıracaq

Frank Raykaard futbol üzrə Səudiyyə Ərəbistanının milli komandasını çalışdıracaq
İspaniyanın "Barselona" və Istanbulun "Qalatasaray" futbol klublarının keçmiş baş məşqçisi Frank Raykaard bundan sonra futbol üzrə Səudiyyə Ərəbistanının milli komandasını çalışdıracaq. Siasport.az saytı xəbər verir ki, artıq Səudiyyə Ərəbistanının Futbol Federasiyası hollandiyalı məşhur futbol mütəxəssisi ilə yaxın günlərdə Londonda 3 illik müqavilə imzalanacağını açıqlayıb. Federasiyanın məlumatına əsasən bu müddət ərzində F.Raykaard 11 milyon dollar məvacib alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə