"Bakı" Sloveniyaya yola düşüb

"Bakı" klubu təlim-məşq toplantışı keçirəcəyi Sloveniyaya yola düşüb. Siasport.az saytı xəbər verir ki, Bakı-İstanbul-Lyublyana marşrutu ilə hərəkət edən paytaxt təmsilçisi bu gün səhər saatlarında məskunlaşacağı Krainska Qora şəhərinə çatacaq.

Bu arada komandaın Sloveniyada planlaşdırdığı yoldaşlıq oyunlarının saatı açıqlanıb.

Təsdiqlənmiş məlumatlara əsasən, 2 iyul 2011-ci il tarixdə keçiriləcək NK "Domjale"-"Bakı" qarşılaşması yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 23.00) baş tutacaq.

5 iyul tarixində isə rəqib Xorvatiya çempionu "Dinamo" Zaqreb klubu olacaq. Adıçəkilən oyunun start fiti 18:00-da (Bakı vaxtı ilə 21.00) səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə