UEFA-dan "Neftçi" PFK-ya məktub daxil olub

UEFA-dan "Neftçi" PFK-ya məktub daxil olub

UEFA-dan "Neftçi" PFK-ya məktub daxil olub. Siasport.az saytı xəbər verir ki, məktubda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə keçiriləcək "Dinamo" - "Neftçi" oyununun hansı gündə baş tutacağının iyunun 28-də məlum olacağı bildirilir. Qarşılaşmanın başlanma saatının isə iyulun 1-dək dəqiqləşəcəyi qeyd edilir.

Bu görüşə hazırlığı Bakıda davam etdirən "Neftçi" təlim-məşq toplanışı keçməkdən ötrü qarşıdakı günlərdə Avstriyaya yollanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə