"Bakı" futbol klubunun yeniyetmə və gənc futbolçuları üç gün ərzində yoyo, dayanıqlılıq və qan testlərindən keçirilir. Siasport.az saytı xəbər verir ki, testlər klubun təlim-məşq kompleksində reallaşdırılır.
Analizlər İzmirin Ege Universitetinin spor eyitimi bölümünün dosenti mütəxəssis doktor Faruk Turqay tərəfindən götürülür.
Bu gündən etibarən aparılan test çalışmaları 1994,1995, 1996 il təvəllüdlü futbolçular və əvəzedici heyətin üzvlərini əhatə edir. Seçim əsasında bəzi futbolçular əlavə olaraq tullanma və sürət testlərindən keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə anoloji testlər ötən ilin avqust ayında "Bakı" futbol klubunun 14 yaşlıları və əvəzedicilərdən götürülmüşdü.
Prosesə nəzarət edən doktor Faruk Turqay testlər barədə aşağıdakıları söyləyib: "Bu testin nəticələrinə əsasən biz hər bir yeniyetmə futbolçunun orqanizminə uyğun məşq norması təyin edəcəyik. Bununla da futbolçular əlavə yüklənmədən xilas olacaq, əzələ yüklənmələri və müxtəlif fəsadlarla nəticələnən məşq zədələri minimuma enəcək.
Bundan sonra normativ testlər dünyada qəbul olunan ortaq normalarla müqayisə ediləcək. Beləliklə futbolçuların məşq planında ümumi normaya uyğunlaşdırılma yönündə dəyişikliklər ediləcək.
Testlərin yekun nəticələri bu ayın sonunda məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB