Cüdoçularımız Brazilyada yenidən mübarizə aparacaqlar

Cüdoçularımız Brazilyada yenidən mübarizə aparacaqlar

Braziliyada keçirilən \"Böyük Dəbilqə\" turnirindən sonra milli yığma komandamızın heyəti Brazilyanın San Paulo şəhərinə yollanıb. JudoOonline.info-dan siasport.az saytına verilən məlumata görə, 25-26 iyun tarixlərində keçiriləcək Dünya Kubokunda milli yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında ümumilikdə ölkəmizi 8 cüdoçu-İlqar Müşkiyev (-66 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi -66 kq), Elxan Rəcəbli (-81 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi -100 kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) təmsil edəcək.

Qeyd edək ki, Dünya Kubokunun qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yeri tutan cüdoçu isə aktivinə 20 lisenziya xalı yazdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə