İspaniyanın "Real Madrid" futbol klubu daha bir transferi reallaşdırmağa yaxındır. Siasport.az saytı xəbər verir ki, söhbət Fransanın "Lens" futbol klubunun 18 yaşlı futbolçusu Rafael Varanenin kral klubuna transferindən gedir. "Lens" klubunun prezidenti Gervais Martel "L equipe" qəzetinə verdiyi müsahibədə bildirib ki,artıq onların 18 yaşlı futbolçularının kral klubuna keçidi ilə bağlı transfer məsələləri öz həllini tapıb və yaxın günlərdə R.Varanen "Real"ın düşərgəsinə yollanacaq. O, futbolçularının "Real"da çıxış edəcəyindən də qürur hissi keçirdiklərini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB