Futbol üzrə Rusiya çempionatının 15-ci turunda qamaqal yaşanıb. Siasport.az saytı xəbər verir ki, Samara şəhərində "Krilya Sovetski" ilə "Anji" klubları arasında keçirilən matçda Mahaçkala təmsilçisinin braziliyalı müdafiəçisi Roberto Karlosun başına banan atıblar. Azarkeşlərin bu hərəkətindən əsəbləşən futbolçu meydanı tərk edib və ehtiyat oyunçular skamyasında əyləşib. Oyuna isə onun əvəzinə başqa futbolçu çıxarılmayıb. Çünki, hadisə oyuna əlavə olunmuş vaxtda baş verib və bu matçın hesabına təsir göstərməyib.
Qeyd edək ki, qarşılaşma qonaq komanda - "Anji"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahaçkala təmsilçisinin baş məşqçisi Hacı Hacıyev bu hadisənin onların qələbə sevincinə xələl gətirdiyini bildirib.
Xatırladaq ki, belə hadisə ilk dəfə deyil ki, R.Karlosun başına gəlir. Belə ki, Sank-Peterburqda keçirlən tədbirdə də bir nəfər yaxınlaşaraq ona banan vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB