Diyeqo Maradona yenə Peleyə "ilişib". Siasport.az saytı xəbər verir ki, dünya futbolunun əfsanələrindən sayılan Diyeqo Maradona, bir başqa futbol əfsanəsi Pelenin ünvanına təhqir dolu ifadələr işlədib. Bu qarşıdurmaya səbəb isə, hazırda "Barselona" və "Real Madrid"in transfer etmək istədiyi 19 yaşlı braziliyalı Neymarın söylədikləridir. Belə ki, 19 yaşlı futbolçu "Barselona"nın argentinalı ulduzu Leonel Messinin, heç də deyildiyi kimi dünyanın ən yaxşı futbolçularından biri olmadığını və argentinalıların da daima özlərini öyməyə pərəstiş etdiklərini dilə gətirib. D.Maradona isə Neymanın da Pele kimi tərbiyəsiz olduğunu, bu tərbiyənin də ona "qara Pele"dən "miras keçdiyini" dilə gətirib. Bu iki futbol dahisi arasındakı söz davası, deyəsən bitmək bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB