Yankoviçdən gözlənilməz məğlubiyyət

Yankoviçdən gözlənilməz məğlubiyyət

Sabiq dünya lideri Yelena Yankoviç (SRB) son bir neçə aydır uğursuz çıxışlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bu dəfə o, "Uimbeldon 2011"də ilk hissədə məğlub olub.

Mariya Xose Martinez Sançez (İSP) yenə də Yelenanın yolunu kəsə bilib. Belə ki, Martinez Yankoviçi keçən il Roma turnirinin finalında məğlub edib.

Yankoviç sonadək mübarizə aparsa da, Roma turnirində olduğu kimi, qısa topları qaytarmaqda çətinlik çəkirib. Martinez üç setdə qalib gələ bilib.

2 saat 23 dəqiqə davam edən matç, Martinezin 5:7, 6:4, 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Matç boyu Yankoviç 8 ikili səhv buraxdığı halda, Martinez 9 eysə imza atıb.

Yankoviç bununla da 2005-ci ildən bu günə qədər ilk dəfə Böyük Dəbilqə turnirinin ilk raundunda məğlub olub.

Yankoviçdən fərqli olaraq, digər sabiq dünya lideri Serena Uilliams (ABŞ) üç setlik maçdan qalib ayrıla bilib.

Aravan Rezai (FRA) Serenaya məğlub olub. Əslən iranlı olan Rezai, üç setdə uduzub.

1 saat 36 dəqiqə davam edən matç Serenanın 6:3, 3:6, 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uilliams 13 eysə imza atıb. Qələbəni Serena göz yaşları ilə qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə