\"Real Madrid\" 19 yaşlı futbolçu üçün 45 milyon avro ödəyəcək

\"Real Madrid\" 19 yaşlı futbolçu üçün 45 milyon avro ödəyəcək

Braziliyanın \"Santos\" futbol klubunun 19 yaşlı futbolçusu Neymar, açıq-aşkar \"Real Madrid\" və \"Barselona\" arasında əsl rəqabət mənbəyinə çevrilib. Siasport.az saytı xəbər verir ki, 19 yaşlı futbolçunu katalon klubu transfer etmək istəsə də, sonda kral klubu əzəli rəqibindən irəli çıxaraq daha yüksək pul müqabilində braziliyalını heyətinə qatmaq istəyir. İspaniyanın \"Marça\" qəzeti yazır ki, artıq kral klubu 19 yaşlı futbolçunun transfer hüquqlarını da ələ keçirmək üçün \"Santos\" klubu ilə danışıqlar aparır və Braziliya klubunun Neymar üçün tələb etdiyi 45 milyon avronu ödəməyə hazırdır. Kral klubu bundan başqa futbolçuya ilinə 5 milyon avro məvacib vermək şərti ilə 6 illik müqavilə imzalamağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə