“İnter” PİK-in təmsilçisi Ermənistan idmançısnı məğlub etdi və qızıl medal qazandı

“İnter” PİK-in təmsilçisi Ermənistan idmançısnı məğlub etdi və qızıl medal qazandı

Gürcüstanın Rustavi şəhərində Akakiya Kakauridzenin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə gürcülərdən başqa Azərbaycan, Türkiyə və Ermənistan boksçuları da iştirak ediblər. Azərbaycan turnirdə 5 idmançıyla təmsil olunub. Qeyd edək ki, sadalanan boksçular "İnter" PİK-i təmsil ediblər.

Turnir idmançılarımız üçün kifayət qədər yaxşı sonluqla yekunlaşıb. Belə ki, bütün rəqiblərinə qalib gəlməyi bacaran Fərid Əliyev qızıl medal qazanıb. Xüsusilə qeyd etmək lazımdır ki, final mərhələsində boksçumuz Ermənistan təmsilçisi üzərində inamlı qələbə əldə edib. Valeh Ramazanov da birinci yeri tutub. Digər təmsilçilərimiz -Abdulla Abdullayev və Elvin Musayev müvafiq olaraq gümüş və bürünc medallarla kifayətlənməli olublar.


Əlavə edək ki, "İnter"PİK-in idmançılarına turnirdə komandanın baş məşqçisi Samir Mustafayev rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə