Deyəsən dünya futbolunun canlı əfsanələrindən sayılan Diyeqo Maradonanın gözü puldan doymaq bilmir. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl Dubayın "El Wasl" futbol klubunun sükanı arxasına keçərək ayda 1,4 milyon avro məvacib almaq şətri ilə 1illik müqaviləyə imza atan Argentina millisinin sabiq baş məşqçisi, ində də ondan icazəsiz adından istifadə edərək 4 milyon dolara yaxın reklam pulu qazanan iki Çin internet portalını məhəkəməyə verib. "Sina" və The 19 Limited" saytlarını Çin məhkəməsinə verən D.Maradona, onlardan təzminat kimi 2 milyon dollar pul tələb edir. Hər iki internet saytı isə Maradonadan üzr diləyiblər. Amma argentinalı futbol əfsanəsi bu üzrxahlıqı qəbul etməyərək, məhkəmə iddiasından əl çəkməyəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB