“Qalatasaray” uğura gedən yolu İspaniyada axtarır

“Qalatasaray” uğura gedən yolu İspaniyada axtarır

"Qalatasaray" başqanı Ünal Aysalın xüsusi tapşırığı ilə bu gün cim-bomlu rəsmilər İspaniyanın "Atletiko Madrid" klubu ilə danışıqlara başlayacaqlar. Sisport.az saytı xəbər verir ki, danışıqların mövzusu nə az, nə çox "Atletiko Madrid"in 3 futbolçusudur. "Qalatasaray" başqanı Ünal Aysal Enrique Cerezo ilə danışaraq bəzi futbolçuları transfer etmək niyyətində olduqlarını bildirib. Söhbət isə Jose Antonio Reyes, Tomas Ujfalusi və Diego Forlandan gedir.


Jose Antonio Reyes bu il 34 matçın 34-də də ilk "11"-likdə meydana çıxıb. 5 kubok oyunun 4-də, UEFA Avropa Liqasının 4 oyunundan 3-də meydnan çıxıb və bütün bu matçlarda 28 yaşlı ulduz futbolçu təkcə "La Liqada" 6 dəfə fərqlənib.


Tomas Ujfalusi isə "La Laiqa"da 32 matça çıxıb. İspaniya kubokunda 5, UEFA Avropa Liqasında isə 4 matçda meydana çıxıb.


Dieqo Forlan isə La Liqada çıxdığı 32 oyunun 23-də ilk "11"-likdə meydana çıxıb və 8 dəfə fərqlənib. UEFA Avropa Liqası matçlarında meydana çıxdığı 6 oyunun 5-də əsas heyətlə qazona ayaq basıb və 1 dəfə fərqlənib. İspaniya kubokda isə 3 oyunun 3-də də əsas heyətdə meydana çıxıb və 1 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə