Li Na “Baku Cup” turnirinə niyə dəvət olunmadı?

İyulun 16-da start götürəcək mötəbər "Baku Cup" tennis turnirinin iştirakçılarının siyahısında dəyişiklik edilib. Siasport.az saytı xəbər verir ki, "Rolan Qarros"un son qalibi, çinli Li Na Bakıya gəlməyəcək. Bunu rekord.az-a açıqlamasında turnirin Təşkilat Komitəsinin rəhbəri Leyla Mesxi deyib: "Li Na xəbərinin hardan çıxdığını bilmirəm. Bu, həqiqəti əks etdirmir. Bildiyiniz kimi, bizim turnirdə dünya reytinqində ilk onluqda qərarlaşan ancaq bir tennisçini dəvət etmək imkanımız var. Bu, Vera Zvonaryova olacaq. Li Nanın gəlişi məhz bu səbəbdən mümkün deyil. Bu ancaq bir şərtlə baş verə bilərdi. Qaydalara əsasən, ilk onluqdan ikinci tennisçini dəvət etsək, turnirin mükafat fondunu iki dəfə artırmalıyıq. Bu isə hazırkı 220 min dolların 440 minə qədər artırılması deməkdir. Hələ ki, debüt turnirini keçirdiyimizi nəzərə alaraq, bu riskə getmək istəmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə