Azərbaycan idman mətbuatına ağır itki üz verib. Siasport.az saytı xəbər verir ki, tanınmış qələm ustası Aqşin Kazımzadə vəfat edib. Əməkdar jurnalist, \"Qızıl qələm\" və \"İnam\" milli mükafatlarının laureatı A.Kazımzadə 74 yaşında dünyasını dəyişib. A.Kazımzadə Azərbaycanın sayılıb-seçilən jurnalistlərindən olub. O, 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən jurnalistikaya ilk qədəmlərini \"Molodyoj Azerbaydjana\" qəzetində qoyub. \"Sovetski sport\"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib.Aqşin Kazımzadə \"Bakinski raboçi\", \"Vışka\" və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildən \"Azərenerji\" ASC-nin mətbuat xidmətinin rəhbəri işləyirdi. \"Əməkdar jurnalist\" adına, \"Qızıl qələm\" mükafatına və çoxsaylı fəxri fərmanlara layiq görülüb.
\"Səs\" İnformasiya Agentliyi və siasport.az idman portalının kollektivi Aqşin Kazımzadəyə Allahdan rəhmət diləyir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB