"Neftçi" Türkiyəyə yollanıb
"Neftçi" PFK UEFA Çempionlar Liqasına hazırlıq məqsədilə Türkiyəyə yollanıb. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri iyunun 22-dək qardaş ölkənin İsparta şəhərində təlim-məşq toplanışı keçəcək. Flaqman İspartada yerləşən "Davraz" otelində məskunlaşıb. Qeyd edək ki, "Neftçi" hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə