"Qarabağ" klubu Türkiyədə məşqlərini davam etdirir

"Qarabağ" klubu Türkiyədə məşqlərini davam etdirir

"Qarabağ" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, "Qarabağ"n Qızılcahamama gəlişiylə qəsəbədə qeyri-sabit hava şəraiti hökm sürməyə başladı. Komandanın məskunlaşdığı ərazidə təbiətin bütün şıltaqlığı ilə üz-üzə gəlmək olar. Öncə gün çıxsa da, komandanın məşqi ərəfəsində Qızılcahamamda dolu yağdı. Ardınca gün çıxsa da, yenidən dolu və yağış yağması müşayiət olundu. Dünən komanda ilk məşqə trenajor zalında başladı. Təxminən yarım saatlıq çalışmanın ardından Ağdam təmsilçisi oteldən 15 dəqiqəlik məsafəsində yerləşən futbol meydançasına yollandı. Maraqlıdır ki, məşq başlar-başlamaz güclü leysan başladı. Buna baxmayaraq, komanda məşqi sona qədər davam etdirə bildi.

Bütün xəbərlər Facebook səhifəmizdə