"Mançester Yunayted" daha bir futbolçunu heyətinə qatır

"Mançester Yunayted" daha bir futbolçunu heyətinə qatır
İngiltərənin "Mançester Yunayted" futbol klubu yeni mövsümə hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə çempionluğunu qazanmalarına və UEFA Çempionlar Liqasının finalçısı olmalarına baxmayaraq, heyətlərini daha da gücləndirməyə çalışırlar. İngilis klubu neçə müddətdir ki, heyətinə qatmaq istədiyi daha bir futbolçunun transferini həll etmək üzrədir. Söhbət, hazırda "Aston Villa"nın formasını geyinən Asley Youngdan gedir. Artıq İngiltərə çempionunun təmsilçiləri, futbolçunun menecerləri ilə bir sıra məsələləri böyük ölçüdə həll ediblər. Bacarıqlı futbol texnikası ilə İngiltərə Premyer Liqasında diqqətləri üzərinə çəkən futbolçunun transferinin yaxın iki gün ərzində həll olunacağı və hər iki klubdan rəsmi açıqlama veriləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə