Türkiyənin "Trabzonspor" klubu 2017-ci ildən 2026-cı ilədək "Liverpul"da çıxış etmiş ulduz futbolçu Məhəmməd Salahın transferi ilə bağlı razılıq əldə edib. Türkiyə mediasının yazdığına görə, Trabzon təmsilçisi futbolçunun Yunanıstandan İstanbula gətirilməsi üçün bu gün xüsusi təyyarə göndərəcək. Salahın İstanbulda klub prezidenti Ərtoğrul Doğanla görüşəcəyi, daha sonra tibbi müayinədən keçəcəyi gözlənilir.
Məlumata görə, tərəflər arasında rəsmi sənədlər imzalandıqdan sonra 34 yaşlı hücumçu klub rəhbərliyi ilə birlikdə Trabzona yollanacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB