Futbol üzrə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkmiş bölgələrə dəstək göstərib.
SİA-nın məlumatına görə bu barədə Madrid Muxtar İcmasının prezidenti İzabel Dias Ayuso sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, Messi Madridin Sierra-Oeste bölgəsinin bərpası üçün 80 min avro ianə edib. Həmin ərazi son vaxtlar baş verən genişmiqyaslı meşə yanğınlarından ciddi ziyan görüb.
İ.D. Ayuso sosial şəbəkə hesabında argentinalı futbolçuya təşəkkür edərək bunları yazıb: “Messiyə təşəkkür edib demək istəyirəm ki, Madrid sakinləri onun gəlişini səbirsizliklə gözləyirlər ki, layiq olduğu alqışlarla qarşılaya bilsinlər”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB