Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.

SİA-nın məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə