Yunan-Roma güləşçilərimizdən mühüm QƏLƏBƏ

Yunan-Roma güləşçilərimizdən mühüm QƏLƏBƏ

Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatını ikinci sırada başa vurublar. Azərbaycan millisi komanda hesabında 107 xalla ikinci yeri tutub. Rusiya 127 xalla mundialı birinci, İran isə 96 xalla üçüncü pillədə başa vurub.

Azərbaycanın "klassiklər"i turniri ümumilikdə 6 medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə