Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçib

Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçib

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev karyerasını Macarıstanda davam etdirəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, futbolçu “Kişvarda” komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Anatoli Nuriyev son olaraq “Zirə”də çıxış edib. O, Azərbaycanda “Sabah” klubunun da formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə