UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyada KuPS və “Sabah” komandaları arasında cavab oyunu başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Kupio Mərkəzi Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb. Görüşü israilli FIFA referisi Qal Leybovits idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq. Uduzan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB