Azərbaycan güləş üzrə U-17 dünya çempionatında ilk medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında ilk medalını qazanıb

...Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Giorgi Çikvadzeyə 7:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu gün, həmçinin Orxan Həbibli (65 kiloqram) bürünc, İsfahan Həsənov (80 kiloqram) qızıl mükafat qazanmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə