İngiltərənin "Çelsi" klubu argentinalı futbolçusu Enzo Fernandeslə bağlı sosial şəbəkə paylaşımını silib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, London təmsilçisi dünya çempionatının yarımfinalında İngiltərə yığmasının qapısına vurduğu qoldan sonra Argentina millisinin yarımmüdafiəçisinin sevincini əks etdirən fotonu rəsmi sosial media hesablarında yayımlayıb.
Lakin paylaşım ingiltərəli azarkeşlərin narazılığına səbəb olub. Onlar komandalarının məğlubiyyətini xatırladan bu paylaşımın yersiz olduğunu bildiriblər.
Bundan sonra "Çelsi" sözügedən paylaşımı rəsmi sosial media hesablarından silib.
Qeyd edək ki, dünya çempionatının yarımfinal görüşündə İngiltərə 55-ci dəqiqədən hesabda önə çıxsa da, Argentina matçın son dəqiqələrində vurduğu iki qolla 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB