"Araz-Naxçıvan" heyətini U-19 millisinin üzvü ilə gücləndirib

Araz-Naxçıvan" futzal klubu heyətini U-19 millisinin üzvü Ədalət Ələkbərovla gücləndirib.

Bu barədə SİA-ya klubdan məlumat verilib. Bildirilib ki, gənc futzalçı ilə 1 illik müqavilə imzalanıb.

Daha əvvəl Qazaxıstanın "Astana" klubundan ayrılan milli üzvü Rövşən Hüseynlini, Mirzə Əmirovu heyətinə qatan son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviç, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.

Bununla yanaşı, Qüdrət Qasımzadə, Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə