Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması yoxlama görüşü keçirib.
SİA xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında iştirak edən yığma küveytli həmyaşıdları ilə qarşılaşıb.
Matç rəqibin 77:67 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Avropa Çempionatının B divizionu öncəsi taktiki və texniki məşqlər keçirir. Toplanış iyulun 22-nə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə