"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi itki ilə üzləşib

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) itki ilə üzləşib. SİA Saloniki təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın üzvü Tasos Donis zədələnərək sıradan çıxıb.

MRT nəticələrinə görə, futbolçunun sol dizinin medial kollateral bağının qırıldığı bildirilib. 28 yaşlı forvard ötən gün Kipr təmsilçisi “Anortosis”lə yoldaşlıq oyununda zədələnib.

Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə