Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” I təsnifat mərhələsində cavab oyununa çıxıb. SİA xəbər verir ki, baş məşqçisi Valdas Dambrauskas olan komanda Sloveniyanın “Selye” kollektivinin qonağı olub. “Selye” stadionunda keçirilən görüş 120 dəqiqə davam edib və 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Komandalar arasında Bakıda keçirilən ilk matçda rəqib 3:2 hesablı qələbə qazandığı üçün növbəti raunda vəsiqə qazanıb.
"Sabah" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək. Komanda II mərhələdə Moldova təmsilçisi "Petrokub"la üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə