Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuşlar - 56 yaşlı Eldar Şeydayev və 57 yaşlı Bayram Əkbərov saxlanılıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin kultivasiya edərək yetişdirdikləri ümumi çəkisi 9 kiloqram olan 62 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiklərini deyiblər.
Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə